Mövsümə uğursuz start verən "Sumqayıt"ın son məşqlərindən birində maraqlı hadisə yaşanıb.

Rekord.az xəbər verir  ki, qazaxıstanlı legioner Rifat Nurmuqmet azyaşlı oğlunu özü ilə bərabər məşqə gətirib.

Bütün komanda körpənin başına yığılıb və onun üçün əyləncəli oyun təşkil olunub.

Öncə kapitan Vurğun Hüseynov uşağın ayaqlarını iplə bağlayıb. Bir qədər öndə isə pul kisəsi, top və kitab qoyulub. Ki, uşaq hansı əşyaya doğru getsə, deməli, gələcək həyatında da ona daha çox meyl etmiş olacaq.

Belaruslu mütəxəssis Aleksey Baqanın ipi kəsməsindən sonra önündəki əşyalara doğru irəliləyən Rifatın oğlu pul qabına və kitaba yox, topa yaxınlaşıb.