
Balakəndə boks üzrə rayon turniri keçirilib
- 31 İyl 2025 10:30
- 50
Balakən Olimpiya İdman Kompleksində Balakən şəhidlərinin xatirəsinə həsr edilmiş yeniyetmə və gənclər arasında boks üzrə açıq rayon turniri keçrilib.
Rekord.az xəbər verir ki, turnir Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, Balakən Olimpiya İdman Kompleksi və "Balakən Boks idman klubu"nun birgə təşkilatçılığı ilə keçirilib.
Turnirdə 2010-2011 və 2012-2013-cü il təvəllüdlü idmançılar 12 çəki dərəcəsində olmaqla ümumilikdə 130 gənc və yeniyetmə idmançı mübarizə aparıb. Yarış şəxsi və komanda xarakteri daşıyırdı. Komanda hesabında l yeri Balakən, ll yeri Şəmkir, lll yeri Tərtər komandası tutmuşdur.