
Bakıda “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirin keçiriləcək
- 16:00
- 46
Mayın 16-da yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turniri başlayacaq.
Rekord.az xəbər verir ki, Bakı Boks Mərkəzində keçiriləcək ənənəvi yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Monteneqro, Rusiya, Belarus, Türkiyə və Gürcüstan yığmaları iştirak edəcək.
200-dən çox boksçunun qatılacağı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev Kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.
Azərbaycan millisi yarışda geniş heyətlə mübarizə aparacaq. Komandanın baş məşqçisi Vaqif Kazımov 60 yeniyetməni sınaqdan keçirəcək.
Qeyd edək ki, “Heydər Əliyev Kuboku-2025″in supervayzeri İqor Biletski (Ukrayna), baş hakimi Anar Babanlı olacaq.