Sizə maraqlı bir foto təqdim edirik.

Rekord.az xəbər verir ki, bu foto 1992-ci ildə Tehranda çəkilib.

Gördüyünüz komanda Təbrizin "Maşinsazi" komandasıdır. Həmin il bu komanda İran kubokunun 1/8 finalında Tehranın məşhur "İstiqlal" klubu ilə düşmüşdü. "İstiqlal" da həmin dövr Asiya Çempionlar Liqasının qalibi olmuş komanda idi. Təbrizdəki ilk oyunda hesab açılmamışdı. Tehrandakı cavab oyunu öncəsi böyük əksəriyyət "İstiqlal"ın rahat qələbə qazanacağını gözləyirdi. Lakin 70 min azarkeşin gözü önündə "Maşinsazi" sensassiyaya imza ataraq rəqibini 1:0 hesabı ilə məğlub edir və 1/4 finala vəsiqə qazanır. Bu olay İran mətbuatında, futbol ictimaiyyəti arasında böyük ajiotaja səbəb olur. Həmin oyunda "Maşinsazi"nin baş məşqçisi isə həmyerlimiz, fotoda ayaq üstə soldan birinci dayanan şəxs Asəf Namazov idi.