Azərbaycanlı gənc qapıçı Cavid Qurbanova Türkiyədən təklif gəlib.

Rekord.az xəbər verir ki, qobşu ölkənin PTT 1 Ligində çıxış edən "Menemenspor" klubu 17 yaşlı qapıçıya rəsmi təklif göndərib.

Cavid gələn həftə Türkiyəyə yola düşür.

Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Cavidin son klubu "Kəpəz"İn U-17 komandası olub.