Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə qran-priyə start verilib. Rekord.az xəbər verir ki, Azərbaycan cüdoçusu Hidayət Heydərovun bu turnirdəki çıxışı uğurlu alınıb.

73 kq-da çıxış edən idmançı 1/16 finalda israilli Yonatan Elbaz, növbəti mərhələdə isə moldovalı Petru Pelivana ipponla qalib gələrək, 1/4 finala yüksəlib. Onun bu raunddakı rəqibi Rumıniya təmsilçisi Aleksandru Rayku olub. Bu dəfə də ipponla qələbə qazanan Heydərov yarımfinala yüksəlib. 24 yaşlı cüdoçu finala vəsiqə uğrunda rusiyalı Maxmadbek Maxmadbekovla qarşılaşıb. Rəqibinə vazari xalı ilə qalib gələn Heydərov finala yüksəlib. Finalda onun rəqibi moldovalı Viktor Sterpu olub. Qarşılaşmanın sonlarında rəqibinə ipponla qalib gələn Heydərov qızıl medal qazanıb. 

Qeyd edək ki, Azərbaycanın bu turnirdəki digər təmsilçisi Məmmədəli Mehdiyev (90 kq) sabah - sentyabrın 26-da mübarizəyə başlayacaq. O, 1/8 finalda polşalı Sebastyan Oldakla üz-üzə gələcək.