
Azərbaycan boksçusu Frankfurtda gümüş medal qazandı
- 02 Avq 2025 20:00
- 38
Azərbaycan boksçusu Sübhan Babayev Almaniyanın Frankfurt şəhərində gənclər (U-19) arasında keçirilən “Brandenburq kuboku”nda final görüşünə çıxıb.
Rekord.az xəbər verir ki, 60 kq çəkidə çıxış edən yığma üzvü həlledici görüşdə Ellisbey Selimlə (ABŞ) üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə başa çatdığından Babayev gümüş medala sahib olub.
Boksçumuz daha öncə müvafiq olaraq, Simonas Puniskis (Litva), Nur Zakarye (Almaniya) və Mattia Turrinə (İtaliya) qalib gəlib.