Azərbaycanın daha bir boksçusu Liverpulda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.


Rekord.az xəbər verir ki, Səidcəmşid Cəfərov ilk döyüşünü xeyrinə bitirib.


75 kq-da mübarizə aparan təmsilçimiz 1/16 finalda Qavin Raffertini (İrlandiya) məğlub edib. Hər üç raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə qələbə qazanıb.


O, növbəti görüşünü ilk mərhələdən azad olan Dayqo Sunaqaya (Yaponiya) qarşı keçirəcək. Döyüş sentyabrın 9-da olacaq.