Azərbaycan Boks Federasiyası (ABF) "World Boxing"ə üzv olub.


Rekord.az bu barədə ABF-nin mətbuat xidmətinə istinadən məlumat verir.


Beynəlxalq federasiya üzvlüyü bu gün təsdiqləyib.


"World Boxing" (Dünya Boksu) 2023-cü il aprelin 13-də yaradılıb. Qurum Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınıb və Yay Olimpiya Oyunlarında boksa cavabdehlik daşıyır.