Avropa çempionatında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi pley-off mərhələsi üçün bu gün Türkiyəyə yollanıb. "Rekord.az" xəbər verir ki, komandamız İstanbulda təşkil olunan 1/8 finalda Türkiyə yığması ilə qarşılaşacaq.
Oyun sentyabrın 1-də Bakı vaxtı ilə saat 20:00-da olacaq.