Bu il "Region Liqası"na marağı artırmağı düşünən AFFA canfəşanlıq edir.

Rekord.az xəbər verir ki, icraçl vitse-prezident-baş katib Elxan Məmmədovun bölgələrə səfəri də daha çox bununla bağlıdır.

Maraqlıdır ki, onun səfərə etdiyi əksər bölgələr "Region Liqası"nda təmsil olunacaq. Sözügedən məsələ ilə bağlı daha bir maraqlı məlumat əldə etmişik. Həmin məlumata görə, AFFA hazırda işsiz olan bir sıra məşqçiləri məhz "Region Liqası"na yönləndirmək istəyir. Maaşlarını da federasiya özü ödəyəcək. Düzdür, hələlik, bu məsələ rəsmın təsdiqlənməyib. Amma versiya olaraq "mətbəx"də səslənib. AFFA bununla işsiz məşqçiləri işlə təmin etmək istəyir.