photo

AFFA Həmkarlar İttifaqı Lənkəranda da bölməsini açdı - FOTOLAR

  • 2019-12-05 10:00
  • 429

AFFA Həmkarlar İttifaqı öz fəaliyyət dairəsini genişləndirir.

 

Rekord.az xəbər verir ki, təşkilatın sədri Nazim Süleymanovla idarə heyətinin üzvü Asəf Namazov bu yaxınlarda Lənkəranda olublar.

 

Yerli futbol adamlarının təşəbbüsü ilə ittifaqın burda da bölməsi fəaliyyətə başlayıb. Lənkəran futbol ictimaiyyətinin tanınmış simalarının iştirak etdiyi toplantıda öncə təşkilat və onun məramı haqda söhbət aparılıb. Daha sonra yerli təşkilatın yaradılması ideyası alqışlanıb və AFFA Həmkarlar İttifaqının Lənkəran bölməsinin açılması təsdiqlənib. Fəxrəddin Şərifov yerli təşkilatın sədri seçilib.

Son xəbərlər